İdman

gimnastikadan

başlayır

“Bədii gimnastika üzrə Avropa çempionatında çıxış etmək bizim üçün böyük şərəfdir”

18 may 2023

“Bədii gimnastika üzrə Avropa çempionatında çıxış etmək bizim üçün böyük şərəfdir”

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çıxış edən Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova mükafatlandırma mərasimindən sonra medal sevincini bölüşüblər.
“Avropa çempionatında göstərdikləri dəstəyə görə tamaşaçılara minnətdarıq, çıxışımız zamanı bizə güvən verdilər. Bədii gimnastika üzrə Avropa çempionatında çıxış etmək bizim üçün böyük şərəfdir. Sevinirik ki, çoxnövçülükdə, eləcə də beş topla hərəkətlərdə bürünc medal qazana bildik. “Tamaşaçı rəğbəti” (“Audience Award”) mükafatını almaq çox xoş idi. Yarışlarda bizə dəstək olan tamaşaçılara təşəkkür edirik. Məşqçilərimizə və xoreoqraflarımıza da dərin təşəkkürümüzü bildiririk", - deyə Ayan Sadıqova bildirib.
Komanda üzvləri qarşıda bədii gimnastika üzrə gənclər arasında dünya çempionatının olduğunu da bildiriblər.