İdman

gimnastikadan

başlayır

Bakı arenası indiyədək çıxış etdiyim ən yaxşı meydançalardan biridir - İsveçrəli gimnast

21 aprel 2023

Bakı arenası indiyədək çıxış etdiyim ən yaxşı meydançalardan biridir - İsveçrəli gimnast

Bakı arenası indiyədək çıxış etdiyim ən yaxşı meydançalardan biridir.

Bunu cümə günü Trend-ə yarış iştirakçısı isveçrəli idmançı Loren Qryuniger Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokundakı kvalifikasiya çıxışlarından sonra deyib.

"Yarışlar möhtəşəm keçir. Bakıdakı Milli Gimnastika Arenasında məşqlər üçün böyük sahənin, çoxlu xalçaların, lazımi işıqlandırmanın olması xoşuma gəlir", - deyə o qeyd edib.

Gimnast bu gün proqramı yerinə yetirərkən kiçik nöqsanlara yol verdiyini deyib.

"Bəlkə də həyəcan özünü göstərirdi. Bu gün kvalifikasiyada birinci qrupda xalçaya çıxdım, etiraf edim ki, yarışın əvvəlində çıxış etmək xoşuma gəlir. Lakin dünən məşqi gec bitirdim və lazımınca dincələ bilmədim. Sabah daha iki məşq nümayiş etdirməliyəm və yarışın ikinci günü artıq kvalifikasiyanın sonunda çıxış edəcəyəm. Buna görə də hazırlaşmaq üçün daha çox vaxt var", - deyə isveçrəli gimnast əlavə edib.