İdman

gimnastikadan

başlayır

Yarışların gözəl təşkili üçün dünya çempionatının təşkilat komitəsinə təşəkkür edirəm - Türkiyəli gimnast

28 may 2021

Yarışların gözəl təşkili üçün dünya çempionatının təşkilat komitəsinə təşəkkür edirəm - Türkiyəli gimnast

"Yarışların gözəl təşkili üçün aerobika gimnastikası üzrə dünya çempionatının təşkilat komitəsinə təşəkkürümü bildirirəm" bunu türkiyəli gimnast Ayşe Onbaşı deyib.

O, Azərbaycanda çıxış etməkdən məmnun olduğunu bildirib: "Dünya çempionatı çox gözəl təşkil olunub. Bizim üçün qardaş ölkə Azərbaycanda çıxış etmək çox xoşdur. Əlbəttə ki, həyəcan da hiss edirik. Çünki bu, gimnast üçün ən vacib, ən nüfuzlu yarışlardan biridir".

Gimnast əlavə edib ki, dünya çempionatında üç kateqoriyada - fərdi proqramda, üçlüklərdə və qarışıq cütlüklərdə iştirak edir.

"Trend" İnformasiya Agentliyi, 27 may, 2021-ci il