İdman

gimnastikadan

başlayır

Doğma arenada çıxış etmək böyük xoşbəxtlikdir - Azərbaycanlı gimnast

29 may 2021

Doğma arenada çıxış etmək böyük xoşbəxtlikdir - Azərbaycanlı gimnast

"Bakıda doğma Milli Gimnastika Arenasında dünya çempionatında çıxış etmək böyük xoşbəxtlikdir", bunu azərbaycanlı gimnast Nurcan Cabbarlı deyib.

Gimnast bildirib ki, bu yarışlar onun iştirak etdiyi ilk dünya çempionatıdır:

"Çıxış zamanı çox həyəcan hiss etmirdim. Dünya çempionatında iki kateqoriyada, fərdi proqramda və aerodans proqramında çıxış edirəm".

"Trend" İnformasiya Agentliyi, 28 may, 2021-ci il