İdman

gimnastikadan

başlayır

...MALKİN İSƏ FİNALDA 8-CİDİR

17 noyabr 2013

...MALKİN İSƏ FİNALDA 8-CİDİR

Apennin yarımadasında bədii gimnastlar "münasibətlərə aydınlıq gətirdikləri" halda Balkan yarımadasında "uçan" gimnastlar artıq dünya çempionunu müəyyən ediblər.

Sofiyada cığırda tullanma üzrə 17-18 yaş qrupunda mübarizə aparan Mixail Malkin uğurla çıxış edib. Seçim nəticələrinə görə, o, turnirdə səkkiz ən yaxşı idmançıdan biri olub. Ancaq finalda üçqat saltonun icrası zamanı Malkin səhvə yol verib və nəticədə 8-ci olub.

Bu qrupda tamblinq üzrə turnirin ikinci iştirakçısı Aydın Əliyev 27-ci yeri tutub.

Senior idmançılara gəldikdə, Ruslan Ağamirov batut üzrə dünya çempionatında ilk dəfə çıxış edib. İdmançımız debütdə 90 iştirakçı arasında 44-cü olub.