03 mart 2013
Ötən istirahət günlərində Ukraynada da daha bir beynəlxalq turnir keçirilib, lakin bu yarış akrobatika və tamblinq üzrə təşkil olunub. Həmin yarışda Azərbaycan gimnastı Mixail Malkin ardıcıl ikinci dəfə mütləq qalib olub!
Bakı Gimnastika Məktəbinin 17 yaşlı yetirməsi Vinnitsada yüksək məharət göstərib. Vint tapşırığının yüksək texniki icrası və tullanışların mürəkkəb kombinasiyası ilə birlikdə salto hərəkətinin hündürlüyü onu Ukraynadan, Rusiyadan olan rəqibləri və daha 9 iştirakçı üçün əlçatmaz edib. Digər gimnastımız Aydın Əliyev turnirdə yeddinci olub.
Azərbaycan bayrağı akrobatların şərəfinə də Ukraynadakı idman kompleksində yüksəklərə qaldırılıb. Belə ki, Seymur Cəfərov-Murad Əkbərovdan ibarət kişi dueti ikinci, Jalə Abbasova-Nikita Trarovdan ibarət qarışıq cütlük isə üçüncü olub.