İdman

gimnastikadan

başlayır

“Alem Cup” beynəlxalq turnirindən bürünc medal

26 mart 2024

“Alem Cup” beynəlxalq turnirindən bürünc medal

22-25 mart tarixlərində Qazaxıstanın Astana şəhərində bədii gimnastika üzrə “Alem Cup” beynəlxalq turniri keçirilib. 
Yarışda ölkəmizi bədii gimnastika üzrə məşqçi Leqka Daryanın rəhbərliyi altında gənc fərdi gimnastlar Ayan Sadıqova və Dəniz Abdullazadə təmsil edib. Komandamızın üzvü Ayan Sadıqova komandamıza medal sevinci yaşadıb. Gimnastımız lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.
Yarışda beynəlxalq dərəcəli hakim Aliyə Paşayeva da ölkəmizi təmsil edib.