15 dekabr 2013
Batut üzrə mütəxəssislər də bu il son turnirlərini keçiriblər. "Uçan" gimnastlar Belarusun Vitebsk şəhərində Açıq Slavyan Oyunlarına toplaşıblar. Oyunlarda Azərbaycanın nümayəndəsi də iştirak edib.
Mütləq və sərbəst proqramları yerinə yetirən Ruslan Ağamirov yarışların finalına çıxıb. Finalda o, sərbəst hərəkətlə ikinci yeri tutub.
Yığmanın məşqçisi İqor Boqaçevin sözlərinə görə, yeni ildə onun yetirməsi üçün əsas yarışlar apreldə Portuqaliyada keçiriləcək Avropa çempionatı və noyabrda ABŞ-dakı dünya birinciliyi olacaq.