İdman

gimnastikadan

başlayır

BÜRÜNC VƏ YALNIZ BÜRÜNC!

22 fevral 2010

BÜRÜNC VƏ YALNIZ BÜRÜNC!

Azərbaycan gimnastları Moskvada keçirilən Qran-prinin birinci mərhələsində və yuniorlar arasında beynəlxalq yarışlarda səkkiz bürünc medal qazanıblar.

Fərdi proqram üzrə ilk nömrə Aliyə Qarayeva Qran-prinin bütün dörd finalında çıxış edib və onlardan ikisində yüksək bal qazanaraq (halqa 27.55 və lent 27.775) üçüncü olub. İlk yerləri rusiyalı Yevgeniya Kanayeva və Darya Kondakova bölüşüblər.

Bununla yanaşı ölkənin böyüklərdən ibarət qrup komandası "Qazprom"un Kuboku çərçivəsində halqa ilə təmrin zamanı üçüncü yeri tutub. Bir gün əvvəl Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyeva müxtəlif növlər üzrə yarışlarda üçüncü olublar. Hakimdən 51.65 bal alan kollektiv Belarus və Rusiya idmançılarına məğlub olub.

"Lakin yekunda bizim səkkiz bürünc mükafatımız var", - Azərbaycan Gimnasitika Federasiyasının baş katibi Fərid Qayıbov Moskvadan bildirib. "Yazda Almaniyada keçiriləcək Avropa birinciliyinə hazırlaşan yunior qrup komandası bizi çox sevindirdi. Mədinə Həsənova, Mənsurə Mehdiyeva, Aliyə Paşayeva və İradə Əhədzadə lent və halqa ilə yarışlarda üçüncü yeri tutdular. 14 yaşlı Lalə Yusifova da tərifəlayiqdir. O, "Alina-2012" turniri çərçivəsində dörd finala buraxılış əldə edib, topla yarışlarda "bürünc" medal qazanıb, çoxnövçülükdə isə beşinci olub. Daha bir fakt: əlverişsiz hava şəraitinə baxmayaraq, "Drujba" idman zalı tamaşaçılar ilə dolu idi. Bizim gimnastlar isə Moskvadakı Azərbaycan Gənclərinin üzvlərimizin daim dəstəyini hiss edirdilər".

Digər Azərbaycan yuniorları aşağıdakı yerləri tutublar: 40 iştirakçı arasında Jalə Qaratova 8-ci, Ayşə Mustafayeva 12-ci, Yekaterina Prokopenko 23-cü yeri tutublar.

Nəhayət, sonuncu bürünc medalı həm də müsabiqədən kənar iştirak edən 12 gimnastdan biri kimi çıxış edən Anna Qurbanova qazanıb. Dina Qorina dördüncü, Samirə Mustafayeva beşinci olub.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, sonuncu qış uik-endi zamanı "gimnastlar bir qədər dincələcəklər". Yazın əvvəlində, martın 5-7-də isə onlar Budapeşt və Lyublyanada Dünya Kuboku və beynəlxalq turnirdə görüşəcəklər", - deyə, o bildirib.