İdman

gimnastikadan

başlayır

RİZADAN BİR BÜRÜNCLƏ

20 noyabr 2012

RİZADAN BİR BÜRÜNCLƏ

Azərbaycanın akrobat qadınlardan ibarət cütlüyü Aynur Hüseynova və Nərmin Ramazanova Almaniyanın Riza şəhərciyində keçirilən ənənəvi beynəlxalq turnirin bürünc mükafatçısı olub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, duetimiz sərbəst proqramın (balans və templi kombinasiyaları) icrasından sonra ikinci yeri tutub. Ev sahibləri isə birinci pillədə qərarlaşıblar. Final günündə isə idmançılarımız üçüncü yerə eniblər.

Yığmamızın baş məşqçisi İradə Qurbanova ümumilikdə yetirmələrinin çıxışından deyil, nəticəsindən razı qalıb. Onun fikrincə, akrobatlarımız start mövqelərini qoruya bilərdilər, lakin təcrübənin az olması öz sözünü dedi.

Bu qrupda yarışan ikinci qadın cütlüyü Lalə Hüseynova və Xoşqədəm Quliyeva 9 komanda arasında altıncı olublar. Onlar Qazaxıstan və Almaniyanın üçüncü duetindən geridə qalıblar.