İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTI ALMANİYADA KEÇİRİLƏN TURNİRDƏ BÜRÜNC MEDAL QAZANMIŞDIR

27 oktyabr 2008

AZƏRBAYCAN GİMNASTI ALMANİYADA KEÇİRİLƏN TURNİRDƏ BÜRÜNC MEDAL QAZANMIŞDIR

Almaniyanın Paderborn şəhərində yeniyetmələr arasında bədii gimnastika üzrə yarışlar keçirilmişdir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, Ayişə Mustafayeva (1996-cı il təvəllüdlü) öz yaş qrupunda topla final hərəkətlərində Rusiya və Bolqarıstan təmsilçilərindən sonra üçüncü yeri tutub. Çoxnövçülük yarışlarında isə 27 iştirakçı arasında gimnastımız 8-ci nəticəni göstərmişdir.

Mehparə Mansurova 1999-cu ilədək təvəllüdlü gimnastlar arasında altıncı, Cənnət Məmmədova isə yeddinci nəticəni göstərmişlər.

Mətbuat xidməti həmçinin qeyd edir ki, Azərbaycan idmançıları Aliyə Qarayeva və Anna Qurbanova bədii gimnastika üzrə klublar arası İtaliya çempionatında iştirak edirlər.

Paduya şəhərinin “Ardor” klubunu təmsil edən Qarayeva iplə hərəkətlərdə 17.175 xal, lentlə hərəkətlərdə isə 17.225 xal toplamışdır ki, bu da komanda üzrə ən yüksək göstərici olmuş, nəticədə “Ardor” yeddinci yeri tutmuşdur (93.925).

Komo şəhərinin “Komense-1872” klubu tərkibində çıxış edən Qurbanova isə lentlə kompozisiyaya görə 15.9 xal toplamış, klub üzrə ikinci nəticəni göstərmişdir. “Komense”nin gimnastları ümumən 92.075 xal toplayaraq doqquzuncu yeri tutmuşlar. Qeyd edək ki, bu yarışlar üç turdan və dekabrın 6-da keçiriləcək finaldan ibarətdir.