İdman

gimnastikadan

başlayır

Almaniyadan bürünc medal

01 iyun 2015

Almaniyadan bürünc medal

Bu həftəsonu Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi Qran-pri “Berlin Masters” yarışı yekunlaşıb.

Bu yarışda Azərbaycanı Marina Durunda və Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aynur Mustafayeva, Aleksandra Platonova və Nigar Abdusəlimovadan ibarət qrup hərəkətləri komandası təmsil edirdi.

Təsnifat mərhələsinin yekun nəticələrinə əsasən, qrup komandası hər iki finala çıxmağa müvəffəq oldu. Hakimlər tərəfindən 17.300 xalla qiymətləndirilən gürzlər və lent ilə çıxış, komandamıza bürünc medal qazandırdı. Lent ilə hərəkətlərə görə isə qızlar, 16.900 xal qazanaraq 5-ci yerdə qərarlaşdılar. Hər iki çıxışın nəticələrinə əsasən, gimnastlarımız 33.850 xal toplayaraq 4-cü pillədə yerləşdilər.

Marina Durunda finalda halqa və gürzlərlə çıxışları ilə tamaşaçıları sevindirdi. Hər iki finalda gimnastımız 5-ci, çoxnövçülükdə isə 8-ci yerdə qərarlaşdı.