28 fevral 2022
Fevralın 24-dən 27-dək Almaniyanın Kotbus şəhərində idman gimnastikası üzrə keçirilən “Turnier der Meister” adlı Dünya Kubokunda Azərbaycan gimnastlarının çıxışları yekunlaşıb.
Yarışda ölkəmizi qadınlar arasında Samirə Qəhrəmanova, kişilər arasında Nikita Simonov, İvan Tixonov, Cavidan Babayev təmsil ediblər. Gimnastlarımızdan üçü - Samirə Qəhrəmanova, Nikita Simonov və İvan Tixonov gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə adlamağı bacarıblar. Nikita Simonov halqa ilə alətlərin icrasında 7-ci olub.
Samirə Qəhrəmanova dayaqlı tullanmada, İvan Tixonov isə parallel qollarda 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, qarşıda gimnastlarımızı daha bir sınaq gözləyir.
Belə ki, martın 2-5-də Qətərin Doha şəhərində keçiriləcək növbəti Dünya kubokunda ölkəmizi Nikita Simonov və İvan Tixonov təmsil edəcəklər.