İdman

gimnastikadan

başlayır

“Gimnastika hamı üçün” foto-müsabiqəsi yekunlaşdı

19 aprel 2021

“Gimnastika hamı üçün” foto-müsabiqəsi yekunlaşdı

Azərbaycan Gimnastika Federasiyasının öz sosial şəbəkə hesablarında elan etdiyi “Gimnastika hamı üçün” foto-müsabiqəsi yekunlaşıb.

Müsabiqədə iştirak etmək üçün ailə üzvləri, dostlar və ən yaxın insanlarla birlikdə orijinal şəkil çəkdirib “#GimnastikaBizimləAGF” həştəqi ilə paylaşmaq və təqdim olumuş email ünvanına göndərmək lazım idi.

Qaliblər 25 şəkil sahibi arasında seçilib və 3 kateqoriya üzrə müəyyənləşib: “ailəvi”, “uşaqlar” və qarışıq tərkibdə.

“Ailəvi” kateqoriya üzrə Bakı təmsilçiləri - Qasımov Həmid, Qasımov Toğrul və Məmmədova Xədicə, “uşaqlar” kateqoriyasında İsmayıllı təmsilçiləri Oruclu Ayan, Oruclu Rizvan və Oruclu İsmayıl, qarışıq tərkibdə isə Mingəçevir təmsilçiləri Abdullayev Samir, Abdullazadə Zəhra və Abdullazadə Ziya qalib seçiliblər.

Qaliblərə federasiya tərəfindən hədiyyələr təqdim olunub.