İdman

gimnastikadan

başlayır

“Gimnastika hamı üçün” növü üzrə birinci onlayn Milli festival

10 fevral 2021

“Gimnastika hamı üçün” növü üzrə birinci onlayn Milli festival

Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq 2021-ci ilin 19 mart tarixində “Gimnastika hamı üçün” növü üzrə birinci onlayn Milli festival keçirəcək. Festival saat 14:00-da baş tutacaq. Festivalda iştirak ödənişli əsaslarla həyata keçirilir və 1 qrup üçün iştirak haqqı 30 manat təşkil edir. Yığılan məbləğ xeyriyyə məqsədilə istifadə olunacaq.

Festivalın direktoru Mariana Vasilevanın sözlərinə  görə festivalın təşkil edilməsində məqsəd pandemiya dövründə idmançı ruhunu qoruyub saxlamaq və bu idman növünü təbliğ etməkdir.

Festivalda iştirak etmək üçün bu linkdən (https://agf.az/az/forms/---gimnastika-ham---------n----139531) istifadə edərək qeydiyyatdan keçə bilərsiz.