İdman

gimnastikadan

başlayır

Qazaxıstandan qızıl medal

08 iyun 2015

Qazaxıstandan qızıl medal

4-6 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə beynəlxalq turnir “Juldız Kuboku” keçirilib. Azərbaycanı bu turnirdə böyüklər proqramında Ayşən Bayramova və Zeynep Celep, yeniyetmələr proqramında isə Jalə Piriyeva və Veronika Qudis təmsil edirdi.

Yarışlar halqa, gürzlər və lent ilə hərəkətlərinə görə 3 qızıl medal qazanan Ayşən Bayramovanın parlaq çıxışları ilə yadda qaldı. Top ilə çıxışında Ayşən, bürünc medalla kifayətləndi. Hər 4 çıxışın nəticəsinə əsasən gimnastımız 3-cü yerdə qərarlaşdı.

Yeniyetmələr arasında  Avropa Çempionatı 2014-ün gümüş mükafatçısı Jalə Piriyeva çoxnövçülükdə və halqa ilə çıxışına görə qızıl medal əldə etdi. O, həmçinin top və iplə hərəkətlərdə iki bürünc medal qazandı. Komanda yoldaşı Veronika Qudis çoxnövçülükdə 3-cü yerdə qərarlaşdı.

Həftəsonu batutçularımız da öz qüvvələrini sınadılar. Qeyd etməyə dəyər ki, Svetlana Makştaryova və Sabina Zaytsevanın dueti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Kuboku mərhələsində medalın bir addımlığında dayanaraq, 4-cü yerdə qərarlaşdılar.