İdman

gimnastikadan

başlayır

KRASNODARIN QIZIL VƏ BÜRÜNC VƏ LYUBLYANANIN GÜMÜŞ VƏ BÜRÜNC MEDALI

17 mart 2008

KRASNODARIN QIZIL VƏ BÜRÜNC VƏ LYUBLYANANIN GÜMÜŞ VƏ BÜRÜNC MEDALI

Krasnodarda keçirilən beynəlxalq turnirdə akrobatlar Ayla Əhmədova-Dilarə Sultanovadan ibarət qadın cütlüyünün qalibiyyət yürüşü və gənc tamblinqçi Mixail Malkinin üçüncü yerə layiq görülməsi, və Lyublyanadakı yarışlarda Aliyə Qarayevanın gümüş-bürünc fəxri kürsüsü – ötən həftənin gimnastika icmalında.

Azərbaycan akrobatlarından ibarət duet beynəlxalq yarışlarda öz uğurlu çıxışını davam etdirir. Bu dəfə Ayla Əhmədova-Dilarə Sultanova həm təsnifat yarışlarında, həm də finalda rəqiblərindən daha güclü çıxış nümayiş etdirmişlər. Nəticədə onlar birinci yerə layiq görülmüşlər, qeyd edək ki, iyun ayına planlaşdırılmış ilin əsas turniri – dünya çempionatının astanasında, bu, yaxşı göstəricidir.

Rusiyanın cənubunda keçirilən yarışlar, 12 yaşlı tamblinqçi Mixail Malkin üçün ölkə yığmasının tərkibində ilk yarışlar idi. Akrobatika cığırında çətin vint və salto hərəkətlərini uğurla yerinə yetirərək, o, finala vəsiqə qazandı və qarışıq kombinasiyada bürünc medala layiq görüldü.

Onun komanda yoldaşları Səid Səlimov və Hafiz Rzayev turnirin final mərhələsində iştirak edərək böyüklər arasında yeddi və doqquzuncu yerə layiq görülmüşlər.

Bədii gimnastika üzrə Azərbaycan 2008-in mütləq çempionu Aliyə Qarayeva isə Sloveniyadakı yarışda iştirak etmiş və bir dəfəyə 5 medal qazanmışdır. Çoxnövçülük və halqa, gürzlər və lentlə, o, Rusiyalı Yevgeniya Kanayeva və Belarusiyalı Lyubov Çerkaşinadan sonra bürünc medal qazanmışdır.

- Lakin iplə hərəkətlərdə Aliyə ikinci yerə layiq görüldü. Qələbə üçün onun cəmi 0.07 xalı çatmadı. Buna baxmayaraq, mən nəticədən razıyam – Aliyə yaxşı çıxış etmişdir, - deyə, idmançının məşqçisi Marina Qovorova bildirdi.

Qarayevanın uğurlu çıxışı onun “Dünya səviyyəli gimnast” kimi qəbul edilməsi ilə üst-üstə düşdü. “Neftçi”nin təmsilçisi Beynəlxalq Gimnastika Federasiyasının xüsusi siyahısına daxil edilmiş və buna görə də FIG-nin müvafiq nişanı ilə təltif olunmuşdur. Bu sənədi həmin təşkilatın baş katibi Andre Qaysbuhler imzalamışdır. Bu sənəddə həmçinin qeyd olunur ki, həmin ada Zeynəb Cavadlı da layiq görülür. Beləliklə, dörd Azərbaycan gimnastının adı (Dinarə Gimatova və Anna Qurbanova artıq bu ada layiq görülmüşlər) FIG-nin siyahısına daxil edilmişdir.

Nəhayət, Novruz bayramının qeyd olunduğu (21-23 mart) günlərdə Qarayeva, Qurbanova və Bolqarıstanda toplanışları başa çatdıran ölkənin qrup komandası və həmçinin yunior Samirə Mustafayevanı Kiyevdə keçiriləcək Dünya Kuboku mərhələsi və beynəlxalq turnir gözləyir.