İdman

gimnastikadan

başlayır

“Könüllülər Proqramı"na start verildi

11 sentyabr 2021

“Könüllülər Proqramı

Azərbaycan Gimnastika Federasiyası, 2021-ci ilin noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan Batut gimnastikası üzrə Dünya Çempionatı (18-21 noyabr) və Dünya Yaş Qrupları Yarışlarının (25-28 noyabr) təşkili üçün ilkin hazırlıq işlərinin görülməsi məqsədilə “Könüllülər Proqramı"na start verir.

Könüllülər proqramına seçilən şəxslər paytaxtımızda keçiriləcək sözügedən yarışlarda könüllü kimi fəaliyyət göstərərək dil biliklərini inkişaf etdirəcək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.

Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır.

Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi Beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Belə ki, könüllülər yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, komandalara dəstək, mükafatlandırma xidməti, tibb xidməti, texniki dəstək, nəqliyyat xidməti və digər sahələr üzrə fəaliyyət göstərmək imkanları qazanacaqlar.

“Könüllülər Proqramı” layihəsinə qatılmaq istəyən şəxslər 25 sentyabr  2021-ci il tarixinədək aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.

Qeydiyyat üçün linkə daxil olun: https://bit.ly/3C1S5sy