İdman

gimnastikadan

başlayır

“Latvian Cup” beynəlxalq turniri 2 qızıl medalla yadda qalıb 

01 noyabr 2022

“Latvian Cup” beynəlxalq turniri 2 qızıl medalla yadda qalıb 

Oktyabrın 30-da Latviyanın paytaxtı Riqa şəhərində batut gimnastikası üzrə “Latvian Cup” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi yığma komandamızın üzvləri Nicat Mirzəyev və Ammar Baxşaliyev təmsil edib. Fərdi proqramda 11-12 yaş qrupunda çıxış edən Ammar Baxşaliyev bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Nicat Mirzəyev isə 15-16 yaş qrupunda komanda yoldaşının uğurunu təkrarlayaraq çempion adını qazanıb.