İdman

gimnastikadan

başlayır

“Rektor kuboku” başa çatdı

10 dekabr 2025

“Rektor kuboku” başa çatdı

Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə idman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib.
Yarışda 16 komandanın tərkibində akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan tələbələr öz qüvvələrini sınayıblar. Fərdi və komanda hesabı üzrə “Tərtər”, “Ağdərə”, “Bərdə”, “Qubadlı”, “Şuşa”, “Xocalı”, “Xocavənd”, “Kəlbəcər”, “Xankəndi”, “Füzuli”, “Hadrut”, “Horadiz”, “Cəbrayıl”, “Laçın”, “Qəbələ”, “Şəki” komandalarının təmsilçiləri sərbəst hərəkətlər, halqalar və turnik üzərində hərəkətlərin icrasında mübarizə aparıblar.

Komanda yarışında “Xocalı” 1-ci, “Şuşa” 2-ci, “Tərtər” isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında gimnastikanın inkişafı istiqamətində indiyədək bir sıra layihələr uğurla təşkil edilib.    

“Rektor kuboku” yarışının keçirilməsində məqsəd bütün idman növlərinin təməlini təşkil edən gimnastika növü vasitəsilə akademiyanın müxtəlif fakültələrində təhsil alan tələbələrin təcrübəsinin artırılması və hazırlıq formalarının gücləndirilməsidir.