İdman

gimnastikadan

başlayır

YENİ İL ƏRƏFƏSİNDƏ GÜMÜŞ MEDAL

15 dekabr 2009

YENİ İL ƏRƏFƏSİNDƏ GÜMÜŞ MEDAL

Qadın akrobatika cütlüyü Ayla Əhmədova – Dilarə Sultanova Minskdə keçirilən beynəlxalq Bondarev Kuboku turnirində gümüş medal qazanıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda Belarusun ən yaxşı gimnastları, eləcə də hazırki dünya çempionu Alina Yuşko - Yekaterina Muraşko, azərbaycanlı Avropa çempionunu qabaqlayan da daxil olmaqla, 10 ölkəni təmsil edən idmançılar iştirak ediblər.

"Bondarev Kuboku bu mövsümün sonuncu turniri və idmançıların Vroslava şəhərində (Polşa) keçiriləcək 2010-cu il dünya çempionatına hazırlıq üzrə ilkin mərhələ olub", - Azərbaycan idmançılarının məşqçisi İradə Qurbanova deyib.

Onun sözlərinə görə, bu il çox səmərəli keçib - Ayla və Dilarə mümkün olan bütün beynəlxalq turnirlərində və dünya kuboklarında uğurla çıxış ediblər, hətta Ümumdünya oyunlarında uğur qazanıblar və təbii ki, Avropa çempionatının qızıl medalını əldə ediblər.

Hər il Minskdə xatirəsinə yarışlar həsr edilən Aleksandr Bondarev ötən yüzilliyin 30-cu illərində akrobatika üzrə sovet məktəbinin yaradıcılarından biri olub. 1938-ci ildə o, ilk təsnifat proqramını və akrobatika qaydalarını işləyib hazırlayıb. Məşhur idmançıya həsr olunmuş akrobatika üzrə ənənəvi turnir 1965-ci ildən keçirilir.