İdman

gimnastikadan

başlayır

İdman gimnastikası üzrə Dünya kubokunun açılış mərasimi keçirilib

07 mart 2024

İdman gimnastikası üzrə Dünya kubokunun açılış mərasimi keçirilib

Bakıda, Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya kubokunun açılış mərasimi keçirilib. Əvvəlcə komandaların paradı olub. Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ildən ilə dünya kubokunda iştirak edən ölkələrin sayının artdığını bildirib.

Nazir qeyd edib ki, hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmanın bu növünün inkişafına göstərdiyi diqqət və qayğının  nəticəsidir.

Fərid Qayıbov ölkəmizin hər il gimnastika növləri üzrə 3 Dünya kubokuna ev sahibliyi etdiyini, bu yarışların Azərbaycanda gimnastikanın inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Sonra Dünya kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 300-dək kişi və qadın gimnast qüvvəsini sınayacaq.
Dünya kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, parallel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, parallel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), qadınlar arasında isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər. Dördgünlük yarışların yekununda, həmçinin ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.