İdman

gimnastikadan

başlayır

İdman gimnastikası üzrə Dünya kuboku yarışının açılış mərasimi keçirilib

09 mart 2023

İdman gimnastikası üzrə Dünya kuboku yarışının açılış mərasimi keçirilib

Bu gün paytaxtımızda kişi və qadın idman gimnastikası üzrə Dünya kubokuna start verilib.

Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Dünya kuboku yarışlarının ölkəmizdə yeddinci dəfə təşkil olunduğunu bildirib.

O qeyd edib ki, 2016-cı ildə Bakıda ilk dəfə bu növ üzrə dünya “Challenge” kuboku, “AGF Trophy”, 2017-ci ildən etibarən isə dünya kuboku yarışları ənənəvi olaraq uğurla keçirilir.

E. Məmmədov bildirib ki, təmsilçilərimiz “London-2012”, “Rio-2016”, “Tokio-2020” Yay Olimpiya oyunlarında təmsil olunub, Avropa və dünya çempionatlarında, eləcə də digər mötəbər beynəlxalq yarışlarda mükafatçılar sırasında yer alıblar.

Qeyd edək ki, ölkəmizdə təşkil olunan Dünya kuboku yarışlarında Azərbaycanla yanaşı, 48 ölkədən 173 gimnast çıxış edir. Bu, ölkəmizdə gimnastika növləri üzrə keçirilən dünya kuboku yarışları tarixində iştirakçı ölkə sayına görə rekord göstəricidir.

Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Yarışda ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.