İdman

gimnastikadan

başlayır

İdmançımız onlayn gimnastika yarışında iştirak edib

14 aprel 2024

İdmançımız onlayn gimnastika yarışında iştirak edib

Avropa Gimnastikası tərəfindən mart və aprel ayları ərzində Avropa Gimnastikasının kişi idman gimnastikası üzrə onlayn silsilə yarışları keçirilib. İdman yarışları “Elevien” onlayn platforması üzərindən təşkil olunub. “Elevien” onlayn gimnastika yarışlarına imkan verən rəqəmsal gimnastika platformasıdır. Gimnastlar və hakimlər Avropanın istənilən yerindən qoşularaq yarışda iştirak edə bilərlər. Yarışın formatına əsasən gimnast platforma üzərindən öz məşqini mobil telefonla qeydə alır və qeydə alınan məşq avtomatik olaraq hakimlər heyətinə göndərilir. Yekun xal müəyyən olunduqdan sonra gimnastın göstəriciləri çıxış etdiyi alətlərin nəticə siyahısına daxil edilir. Aprelin 13-də təşkil olunan bu yarışların birində idman gimnastikası üzrə millimizin üzvü Əhmədzadə Rəsul da iştirak edib. O iki proqram – sərbəst hərəkətlər və dəstəli at proqramları üzrə bacarığını nümayiş etdirib. Belə ki, gimnastımızın sərbəst hərəkətlər üzrə çıxışı 10,866 xal, dəstəli at proqramında göstərdiyi performans isə 11,666 xal ilə qiymətləndirilib. İdmançımız hakimlərin verdiyi xallara əsasən müvafiq olaraq 16 və 21-ci sırada qərarlaşıb. 
Qeyd edək ki, qaydalara görə yarışda 18 yaşından böyük gimnastlar iştirak edə, bir və ya bir neçə alət üzrə qeydiyyat keçə bilər. Həmçinin tədbirin formatı bütün dünyada qeyri-məhdud sayda tamaşaçının bu gimnastika yarışını izləməsinə imkan verir.