İdman

gimnastikadan

başlayır

İki yarışdan iki medal 

10 aprel 2023

İki yarışdan iki medal 

6-9 aprel tarixlərində Belçikanın Purs şəhəri (Antverpen) iki yarışa,  Dünya kubokuna və “Flanders Acro Cup” beynəlxalq turnirinə ev sahibliyi etdi. Azərbaycan idmançılarının iştirak etdiyi hər iki yarış gimnastlarımızın uğurlu çıxışı ilə yekunlaşdı. 
Dünya kubokunda ölkəmizi akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük təmsil etdi. İdmançılarımız onlara bəslənilən ümidləri doğruldaraq qarışıq hərəkətlər proqramında gümüş medala layiq görüldülər. Bu, Ağasif və Raziyə üçün cari mövsümdə qazanılan ikinci Dünya Kuboku mükafatı oldu. 
Xatırladaq ki, gimnastlarımız mart ayında Portuqaliyanın Maya şəhərində keçirilən ilk Dünya kubokunda qızıl medal qazanmışdılar. 
Eyni şəhərdə keçirilən “Flanders Acro Cup” beynəlxalq turnirində isə komandamızın üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupumuz iştirak etdikləri bu ilin ilk yarışında qarışıq hərəkətlər proqramında qızıl medala sahib çıxdlar.