02 aprel 2023
29 mart-2 aprel tarixlərində Türkiyənin Antalya şəhəri idman gimnastikası üzrə gənclər arasında dünya çempionatına ev sahibliyi edib.
Dünyanın 65 ölkəsindən 300 ən güclü gənc gimnastın toplaşdığı Antalya Gimnastika Salonunda çempion titulu uğrunda gedən gərgin mübarizədə Azərbaycan təmsilçiləri də yer alıb.
Yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, Anar Həsənov, qadınlar arasında Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil edib.
Çempionatda idmançılar ayrı-ayrı alətlər üzrə fərdi və çoxnövçülük proqramında, eləcə də komanda yarışlarında qüvvələrini sınayıblar.
Qeyd edək ki, ilk dəfə dünya çempionatı həyəcanı yaşayan gənc gimnastlarımız təsnifat mərhələsində müxtəlif alətlərdə çıxışlarını icra ediblər.
Qarşıda böyükyaşlı idman gimnastlarımızı 11-16 aprel tarixlərində eyni şəhərdə keçiriləcək Avropa çempionatı gözləyir.