İdman
gimnastikadan
başlayır
04 iyul 2026
AGF-nin kişi idman gimnastikası üzrə məşqçisi Fuad Abbasovun xidməti fəaliyyəti zamanı yol verdiyi nöqsanlarla bağlı başlanılmış intizam icraatı çərçivəsində İntizam Komissiyasının yekun qərarı qəbul edilmişdir. İntizam Komissiyasının 30.06.2026-cı il tarixli 18 saylı iclasının qərarına əsasən kişi idman gimnastikası üzrə məşqçi F.Abbasov xidmətli fəaliyyəti zamanı AGF-nin qüvvədə olan Qaydalarının müvafiq tələblərini pozduğuna görə 1 (bir) il müddətinə (30.06.2026-cı il tarixindən 30.06.2027-ci il tarixinədək) AGF-nin rəsmi yarışlarından, habelə AGF tərəfindən təşkil edilən və ya tanınan digər tədbirlərdə iştirakdan kənarlaşdırılmış, həmçinin 4 (dörd) il müddətində Azərbaycan Respublikasının müvafiq gimnastika növü üzrə milli komandasında məşqçi vəzifəsini tutması məqsədəuyğun hesab edilməmişdir.
Həmin Qərara əsasən F.Abbasov İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində fəaliyyətinin davam etdirilməsi, qərarda nəzərdə tutulmuş “safeguarding” təlimlərini tamamladıqdan sonra 6 ay müddətində davamlı monitorinqə cəlb edilməsi şərtilə məqsədəuyğun hesab edilmişdir.
Eyni zamanda qeyd olunan Qərarda kişi idman gimnastikası üzrə milli komandanın məşqçisi Eldar Səfərova yazılı xəbərdarlıq edilmişdir.
Tərəflərin qəbul edilmiş Qərardan İntizam qaydalarının 25-ci maddəsinin tələblərinə uyğun olaraq, apellyasiya şikayəti vermək hüquqları izah olunmuşdur.