İdman

gimnastikadan

başlayır

İsveçrədən FIG kuboku və qızıl medal 

04 iyul 2022

İsveçrədən FIG kuboku və qızıl medal 

İyulun 1-i və 2-də İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə Dünya kuboku və 51-ci “Nissen Cup” adlı beynəlxalq turnir keçirilib. Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının üzvü Maqsud Mahsudov bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Eyni şəhərdə keçirilən Dünya kubokunda mübarizə aparan yığmamızın üzvü, batutçumuz Selcan Mahsudova final çıxışının yekununa əsasən, beşinci pillədə qərarlaşıb. İdmançımız bu il iştirak etdiyi dörd Dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokuna layiq görülüb.