İdman

gimnastikadan

başlayır

Aerobika gimnastikası üzrə məşqçilik kurslarına start verilib 

15 noyabr 2022

 Aerobika gimnastikası üzrə məşqçilik kurslarına start verilib 

Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarına uyğun olaraq keçirilən aerobika gimnastikası üzrə 1-ci səviyyəyə aid (5-7 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) məşqçilik kurslarının onlayn hissəsi başa çatıb. Noyabrın 18-20-dək Milli Gimnastika Arenasında bolqarıstanlı mütəxəssis Kaloyan Kaloyanovun rəhbərliyi altında kursların nəzəri və təcrübi tədris hissəsi təşkil olunacaq.  
Qeyd edək ki, kurslarda iştirak etmək istəyənlər ilin əvvəlində istifadəyə verilmiş AGF-nin tədris saytında (https://tedris.agf.az/main) qeydiyyatdan keçərək gimnastika növləri üzrə tədris materialları ilə tanış olur, daha sonra imtahan verirlər.
Tədris kursları 5 səviyyədən (ilk iki səviyyə başlanğıc, növbəti 3 səviyyə isə əsas kurslar) ibarətdir. Onlayn kursları və imtahanları uğurla başa vuran məşqçilər elektron qaydada dinləyici sertifikatı əldə edirlər.
Məşqçilərin peşəkar hazırlığı üzrə tədris proqramına dair Qaydalarla federasiyasnın rəsmi internet saytında tanış ola bilərsiniz: https://agf.az/uploads/rules/---az--rbaycan-gimnastika-fede_7548_az.pdf