İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastikasında tarixi an 

06 mart 2022

 Azərbaycan gimnastikasında tarixi an 


Akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında 13-19 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz qızıl medal qazanıb.
Təsnifat mərhələsində gimnastlarımızın çıxışı hakimlər tərəfindən 28,250 xalla qiymətləndirilib. Ötən gün temp hərəkətində çıxış edən təmsilçilərimiz hakimlərdən 26,870 xal alıblar. İki hərəkətin cəmində 55,120 xal toplayan qrupumuz finala yüksəlib. Finalda qarışıq hərəkətlər üzrə hakimlərdən 28.930 xal alan idmançılarımız bütün rəqiblərini üstələyərək qızıl  medala sahib çıxıblar. 
Qeyd edək ki, bu medal Azərbaycanın akrobatika tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medaldır.