İdman

gimnastikadan

başlayır

Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək

16 iyul 2022

 Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək

Gələn il  17-21 may tarixlərində Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.
Bu barədə qərar iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib. Qeyd edək ki, bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.
Xatırladaq ki, paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.