İdman

gimnastikadan

başlayır

Dünya Kubokunun real iştirakçısı ol!

28 oktyabr 2016

Dünya Kubokunun real iştirakçısı ol!

2017-ci ilin 18-19 fevral tarixlərində Bakı şəhərində Batut Gimnastikası üzrə FIG Dünya Kuboku “AGF Trophy” yarışları keçiriləcəkdir.

Batut Gimnastikası üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyası könüllülərin qəbulunu elan edir.

Könüllülər tədbir zamanı iştirak edəcək nümayəndə heyətləri ilə, tibbi xidmət, akkreditasiya, yarışların katibliyi, mükafatlandırma və digər sahələr üzrə fəaliyyət göstərəcəkdir.

Batut Gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında baş tutacaqdır.

Əlavə olaraq, bu tədbirdə iştirak edəcək könüllülər, həmçinin, 2017-ci ildə təşkil olunacaq idman gimnastikası (16-19 mart) və bədii gimnastika (28-30 aprel) üzrə FIG Dünya Kuboku “AGF Trophy” yarışlarına da könüllü kimi qatılmaq imkanı əldə edəcəklər.

Kubokda könüllü olmaq istəyən gənclər 20 noyabr 2016-cı il tarixinədək elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər. Aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olub, qeydiyyatdan keçə bilərsiniz:   

https://goo.gl/forms/PD0KCGiJzGv35ssA2