İdman

gimnastikadan

başlayır

"GymBala" yarışları sona çatdı

19 avqust 2018

Bu gün, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxq turnir sona çatıb.

Yay mövsümünün son yarışında balalar (2011, 2012, 2013-cü il təvəllüdlü), balacalar (2008, 2009, 2010-cu il təvəllüdlü), yeniyetmələr (2006, 2007-ci il təvəllüdlü), gənclər (2003, 2005-ci il təvəllüdlü) yaş kateqoriyasında fərdi gimnastlar, balalar və gənclər kateqoriyasında isə qrup hərəkətləri komandaları öz çıxışlarını nümayiş etdiriblər.

Artıq ikinci dəfə təşkil olunan GymBala yarışında ötən il ki turnirdən fərqli olaraq, bu dəfə yerli klubları təmsil edən gimnastlarla yanaşı, Qazaxıstan,  Ukrayna və Misirdən olan idmançılar da çıxış edib və mükafatçılar sırasında yer alıblar.

Qeyd etməyə dəyər ki, son illər bədii gimnastikanın bölgələrdə də surətlə inkişaf etməsi yerli yarışlara ildən-ilə öz töhfəsini verir. Belə ki, ölkə daxili turnirlərimizdə hər zaman gördüyümüz bölgələrin siyahısına ilk dəfə olaraq Ağdaş rayonu da qatılıb. Bununla yanaşı Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat və Şirvandan olan bədii gimnastlar da müxtəlif yaş kateqoriyalarında medallar uğrunda mübarizə aparıblar.

Ümumilikdə 200-dən çox həm təcrübəli, həm də daha az yaşlı gimnastların iştirak etdiyi turnir son olaraq nümunəvi çıxışlarla yekunlaşıb.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/172 əldə edə bilərsiniz.