İdman

gimnastikadan

başlayır

İdmançılarımız beynəlxalq arenada uğur qazanmağa davam edirlər

29 iyun 2024

İdmançılarımız beynəlxalq arenada uğur qazanmağa davam edirlər

27-29 iyun tarixlərində İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen kubokunda iştirak edən bütün idmançılarımız yarışa medal qazanaraq yekun vurub. Belə ki, fərdi çıxışlarda kişilər arasında Baxşalıyev Ammar (51,030) qızıl, qadınlar arasında isə Hüseynova Samirə (48,130) bürünc medalla mükafatlandırılıb. Sinxron çıxışlarda kişilər arasında Baxşalıyev Ammar və Niftəliyev Əli cütlüyü (46,310) fəxri kürsünün ilk, qadınlar arasında Hüseynova Samirə və Şabanova Ayan cütlüyü isə 3-cü pilləsinə yüksəliblər. Niftəliyev Əli fərdi proqramda fəxri kürsüyə qalxa bilməsə də, sıralamanın yuxarı pilləsində - 4-cü sırada (50,770) qərarlaşıb. 
28 və 29 iyun tarixlərində İsveçrənin Arosa şəhərində baş tutan digər beynəlxalq yarışda – Dünya kubokunda batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova da iştirak edib. O, medal qazana bilməsə də, yarışda yüksək nəticə göstərib. Belə ki, gimnastımız fərdi çıxışlarda 55,660 xal toplayaraq bu növ üzrə favoritlər sırasında olan yaponiyalı idmançı Hikaru Mori və Böyük Britaniyanın təmsilçisi Peyc Brionini keçib və sıralamada 4-cü yerin sahibi olub. 
Bundan başqa, 27-30 iyun tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən idman gimnastikası üzrə “RomGym Trophy” adlı beynəlxalq turnirdə gimnastlarımız ölkəmizi təmsil ediblər. Əhmədzadə Rəsul sərbəst hərəkətlər, dəstəli at, halqalar, paralel qollar və turnik, Ağarzayev Murad isə sərbəst hərəkətlər, dəstəli at və halqalar proqramları üzrə çıxış edib. Hər ikisi ən yaxşı nəticəni sərbəst hərəkətlər proqramı üzrə əldə edib. Belə ki, Ağarzayev Murad 13.467 xalla finalda 4-cü, Əhmədzadə Rəsul isə 13.400 xalla 5-ci sırada qərarlaşıb.