01 avqust 2011
Azərbaycan gimnastı Elvin Ağadədəyev Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında 4-cü yeri tutub. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Ağadədəyev seçmə hərəkətlərdə yalnız bir alətdə atda çıxış edərək finala 8-ci yerdən qərar tutub. Finalda Elvin 12.775 bal toplayaraq yarım bal fərqi ilə Belçika gimnastı Maksim Gentgesə bürünc medalı uduzub. Qızılı Belarus idmançısı Vasili Mixalitsın, gümüşü isə rusiyalı Sergey Stepanov qazanıb. Komandamızdakı ikinci gimnast Ruslan Balakişiyev çoxnövçülükdə 69.3 balla 72-ci yeri tutub.