İdman

gimnastikadan

başlayır

Beynəlxalq turnir başa çatıb 

19 noyabr 2022

Beynəlxalq turnir başa çatıb 

Noyabıın 12-si və 13-də Çex Respublikasının Brno şəhərində qadın idman gimnastikası üzrə “Vera Caslavska Gran-pri-2022” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Nazənin Teymurova, Duyğu Məcidzadə, Dəniz Əliyeva, Nəzrin Hümbətova və Aytən Məmmədova təmsil ediblər. Komandamızın üzvlərindən ən yaxşı nəticəni sərbəst hərəkətlər proqramında finala adlayan Nazənin Teymurova göstərib. İdmançımız final çıxışının yekununda yarışı 6-cı pillədə başa vurub.