İdman

gimnastikadan

başlayır

20 MEDAL QURBAN BAYRAMINA

07 noyabr 2011

20 MEDAL QURBAN BAYRAMINA

Azərbaycan gimnastı Ləman Hacızadə bu həftə sonu Bolqarıstanda keçirilən beynəlxalq turnirin mütləq qalibi olub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, 12 yaşlı qrasiyamız bütün növlərdə 1-ci olub.
Digər təmsilçimiz Mənsurə Bağıyeva 1997-ci il təvəllüdlü gimnastların mübarizəsində 5 gümüş medal qazanıb.
Belçika və Latviyada keçirilən turnirlərdə isə digər gimnastlarımız fərqləniblər - 13 yaşlı Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva. Belə ki, Gülsüm Belçikada lentlə hərəkətlərin finalında qızıl medal qazanıb. Halqa və topla hərəkətlərdə gümüş mükafatçı olub, çoxnövçülükdə isə üçüncü yeri tutub.
Nilufər Latviyada təşkil olunan yarışda gürzlərlə hərəkətlərdə birinci olub. Topla hərəkətlərdə ikinci, halqa ilə hərəkətlərdə isə üçüncü pilləyə qalxıb.
Yarışda 1996-cı il təvəllüdlülərin mübarizəsində Lalə Yusifova topla hərəkətlərin yekununa görə ikinci olub, Yekaterina Prokopenko isə (1997) top və halqa ilə hərəkətlərin finalında üçüncü yerə çıxıb.
Azərbaycan milli komandasının lideri Aliyə Qarayeva isə İtaliya klub çempionatının ikinci turunda iştirak edib. Onun komandası "Ritmika Pyemont" 6-cı yeri tutub. O, halqa ilə 27.5 bal toplayıb və komandada ən yüksək nəticə göstərmişdir.
Bu həftənin sonunda gimnastlarımızı İsraildə və İspaniyada turnirlər gözləyir.