İdman

gimnastikadan

başlayır

Təlim-məşq düşərgəsinin ardınca 3 “qızıl”, 1 “gümüş”

19 mart 2023

Təlim-məşq düşərgəsinin ardınca 3 “qızıl”, 1 “gümüş”

Martın 12-dən 19-dək Latviyanın paytaxtı Riqa şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə batut gimnastikası üzrə “inkişaf təlim-məşq” düşərgəsi təşkil edilib. 
Məşqlərin ardınca eyni şəhərdə beynəlxalq turnir də təşkil edilib. Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvləri uğurla çıxış ediblər. 
Fərdi növdə təmsilçilərimiz Selcan Mahsudova (böyüklər arasında), Samirə Hüseynova (11-12 yaş), Hüseyn Abbasov (15-16 yaş) qızıl, Mehdi Əliyev (15-16 yaş) isə gümüş medala sahib çıxıb.