İdman

gimnastikadan

başlayır

2024-cü ilin ən yaxşıları

09 yanvar 2025

2024-cü ilin ən yaxşıları

Yanvarın 9-da Gənclər və İdman Nazirliyinin “2024-cü ilin yekunlarına həsr olunmuş qala mərasimi” keçirilib.
Mərasimdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib.
Daha sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.
“2024-cü ilin ən yaxşıları” sorğusunun yekun nəticəsinə əsasən gimnastika üzrə təltif olunan nominasiyaları təqdim edirik:

Ən yaxşı qızlardan ibarət milli komanda
I yer - Bədii gimnastika üzrə qrup hərəkətləri komandası

Ən yaxşı qadın məşqçi
I yer - Siyana Vasileva

Qeyd edək ki, Siyana Vasileva yeganə qadın məşqçidir ki, yetirmələri komanda şəklində Olimpiadada iştirak edərək finalda V yerə layiq görülüb.

Ən yaxşı hakim
II yer - Natalya Bulanova

Qeyri-olimpiya növləri üzrə ən yaxşı idmançı
I yer - Ağasif Rəhimov və Raziyə Seyidli

Ən yaxşı milli komanda məşqçisi (qeyri-olimpiya növləri üzrə)
I yer - İradə Qurbanova
II yer - Adil Hüseyn-zadə

Ən yaxşı tibb personalı
I yer - Aydın Ağaliyev

Ən yaxşı idman federasiyası
II yer - Azərbaycan Gimnastika Federasiyası

Ən yaxşı idman qurğusu
I yer - Milli Gimnastika Arenası

Ən yaxşı idman klubu
I yer - “Ocaq Sport” Klubu

Təltif olunan hər kəsi təbrik edirik!