İdman

gimnastikadan

başlayır

2027-ci il üçün milli komandaların tǝrkibinin formalaşdırılması prosesinǝ başlanılıb

25 oktyabr 2026

2027-ci il üçün milli komandaların tǝrkibinin formalaşdırılması prosesinǝ başlanılıb

“Azǝrbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin “2027-ci il üzrǝ milli komandalara seçim Qaydaları”na ǝsasǝn, 2027-ci il üçün gimnastika növlǝri üzrǝ milli komandaların tǝrkibinin yenidǝn formalaşdırılması prosesinǝ başlanılıb.

İlkin mǝrhǝlǝdǝ bǝdii gimnastika üzrǝ tǝşkil olunan seçim prosesindǝ ölkǝnin müxtǝlif idman klubları vǝ mǝktǝblǝrini tǝmsil edǝn ümumilikdǝ 50 gimnast iştirak edib. Onlardan 30-u gǝnclǝr, 19-u isǝ böyüklǝr yaş kateqoriyasında öz bacarıq vǝ hazırlıq sǝviyyǝlǝrini nümayiş etdiriblǝr.
Seçim prosesindǝ “Ocaq Sport” Klubu, Bakı Gimnastika Mǝktǝbi, Respublika Kompleks İdman Mǝktǝbi, “Sǝrhǝdçi” İdman Klubu, Zirǝ Mǝdǝniyyǝt Mǝrkǝzi vǝ “Grasiya” İdman Klubunun gimnastları iştirak ediblǝr.

Seçim prosesinin ǝsas mǝqsǝdi idmançıların mövcud hazırlıq sǝviyyǝsini qiymǝtlǝndirmǝk, texniki vǝ fiziki göstǝricilǝrini müǝyyǝnlǝşdirmǝk, elǝcǝ dǝ qarşıdakı yarış mövsümü üçün milli komandaların heyǝtinǝ namizǝdlǝri seçmǝkdir. Bu proses hǝmçinin perspektivli gimnastların üzǝ çıxarılması vǝ onların gǝlǝcǝk inkişaf istiqamǝtlǝrinin müǝyyǝnlǝşdirilmǝsi baxımından mühüm ǝhǝmiyyǝt daşıyır.
Bǝdii gimnastika ilǝ başlayan seçim prosesi növbǝti mǝrhǝlǝlǝrdǝ digǝr gimnastika növlǝri üzrǝ davam etdirilǝcǝk.