İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı

13 may 2009

Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı

BAKI - LOZANNA, Beynəlxalq ofisi, 12 may, 2009: Yeni olimpiya dövründə ən böyük yarışlardan biri bədii gimnastika üzrə 25-ci Avropa çempionatına ev sahibliyi edəcək Bakı şəhərində keçiriləcək. Bu tədbir 2009-cu sentyabr ayında Yaponiyanın Mie şəhərində keçirələcək dünya çempionatı öncəsi mühüm mərhələdir.

75 fərdi gimnast dörd alətlə - ip, top, lent və halqa – təsnifat yarışında mübarizə aparacaqlar. Bu yarış komanda hesabında Avropa çempionunu, eləcə də çoxnövçülük və ayrı-ayrı növlər üzrə finalçıları müəyyənləşdirəcək.

Bakı İdman Sarayında hər dəfə Olimpiya dövrünün başlanğıcında olduğu kimi yeni simalar peyda olacaq. Bununla belə, hazırkı “ulduzlar” da rusiyalı trio Yevgeniya Kanayeva (2008-ci il Turində Avropa çempionu və Olimpiya çempionu), Vera Sesina və Olqa Kapranovanın (Turin-2008-in bürünc medalçısı) qismində təmsil olunacaqlar.

Ukrayna hər zaman Anna Bessonovaya (Pekində bürünc mükafatçı, 2007-ci il dünya çempionu və Turində gümüş mükafatçı) bel bağlayır, və bundan əlavə iki yeni gimnastla təmsil olunur: Alina Maksimenko (1991) və Darya Kuşnerova (1992). Ehtiyat gimnast Qanna Rizatdinova keçən il Turində yuniorlar arasında iki növdə finala çıxmışdır.

Belarus Lyubov Çarkaşina (Turində 11-ci), “yaşlı” gimnast Svetlana Rudalova və Melina Stanyuta ilə (2008-ci ildə yuniorlar arasında ikiqat gümüş mükafatçı) təmsil olunur. Turin-2008-lə müqayisədə Bolqarıstan Silviya Miteva (1986), Bilyana Prodanova (1991) və Monika Minçevadan (1990) ibarət yeni komandaya malikdir. İtaliya komandasının ən təcrübəli gimnastı Yulieta Kantaluppi (1985) Kyara Yanni (1991) və Alikata Terranova (1992) ilə birgə mübarizə aparacaq.

Avstriya üçün, əlbəttə ki, Karolin Veber (1986) mübarizə aparacaq; o, artıq bu mövsümün ilk yarışlarında mübarizə aparıb (Dünya kubokunda 4-cü yer). Fransa yalnız bir gimnast – Turində çoxnövçülük üzrə finalçı Delfin Ledu ilə təmsil olunacaq. Almaniya fərdi gimnastlarla təmsil olunmayıb və yalnız yunior qruplar arasında mübarizə aparacaq. İsrail İrina Rizenson (1988, Pekində 9-cu və Turində 8-ci) və Neta Rivkinin (1991, Turində 11-ci) gözəl çıxışına ümid bəsləyir. Turində 13-cü olan zərif Polşa gimnastı Yoanna Mitroş (1988) yeni gimnast Angelika Paradovska (1992) tərəfindən müşayiət olunacaq.

10 ildən artıq müddətdən bəri ilk dəfə biz öz böyük karyerasını başa çatdırmış Almudena Sidi görməyəcəyik. İspaniyanı Karolina Rodriges (1986) və Marina Fernandes (1991 təmsil edəcək.

Qeyd etmək lazımdır ki, ev sahibi ölkə Azərbaycan da layiqli rəqib olacaq. Özünü təsdiq etmiş gimnastlar – Aliyə Qarayeva (1988, Pekində 6-cı) və Anna Qurbanovadan (1986) əlavə Azərbaycan gənc gimnastlar Zeynəb Cavadlı (1991) və bu yaz beynəlxalq turnirlərdə maraqlı nəticələr əldə etmiş Samirə Mustafayevaya (1993) da bel bağlaya bilər.