İdman

gimnastikadan

başlayır

3 medal da bədii gimnastlardan

03 may 2021

3 medal da bədii gimnastlardan

30 aprel-2 may tarixlərində Polşanın paytaxtı Varşava şəhərində bədii gimnastika üzrə “İrina Cup” beynəlxalq turnir keçirilib.

Bu yarışda ölkəmizi Kamilla Seyidzadə, Alina Məmmədova, Məryəm Əliyeva, Gövhər İbrahimova, Aydan Rəhimova və Şəms Ağahüseynova təmsil edib.

Gimnastlarımız bu yarışdan vətənə 1 gümüş və 2 bürünc medalla geri dönüblər.

Gənclər arasında yarışan Kamilla lentlə final çıxışına görə gümüş medala layiq görülüb. 2009-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən Gövhər çoxnövçülükdə bürünc medal qazanıb. Şəms isə 2010-cu il təvəllüdlülər arasında çoxnövçülük yarışlarında 3-cü olub.

2009-cu il təvəllüdlülər arasında yarışan Məryəm medalın bir addımlığında dayanaraq, çoxnövçülükdə 4-cü olub. Onunla eyni yaş qrupunda mübarizə aparan Aydan isə həmin proqram üzrə 7-ci olub. Gənclər arasında iştirak etmiş daha bir gimnastımız Alina isə ən yaxşı nəticəni top və gürzlərlə göstərərək, hər iki çıxış proqramı üzrə finalda 6-cı olub.