İdman

gimnastikadan

başlayır

SEA CUP 2012 TURNİRİNDƏN ÜÇ MEDAL

12 iyun 2012

SEA CUP 2012 TURNİRİNDƏN ÜÇ MEDAL

Azərbaycanın gənc gimnastları İsrailin Aşdod şəhərində keçirilən "Sea Cup 2012" ənənəvi beynəlxalq turnirində üç medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat veriblər ki, Bakı Gimnastika Məktəbinin 10 yaşlı idmançısı Vəfa Həsənzadə çoxnövçülükdə gümüş medalın sahibi olub.

O, üç növün yekununda 65.15 bal toplayaraq Rusiya gimnastını bir bal qabaqlayıb. Bu yaş qrupunun iştirakçıları məhz üç növdə tapşırıqları yerinə yetiriblər. Bu yaş kateqoriyasında qələbəni yerli "Makkabi" klubunun idmançısı bayram edib.

Digər iki medal isə İlahə Məmmədovanın (2001-ci il təvəllüdlü) hesabındadır. O, bürünc medalları halqa ilə hərəkətlərdə və musiqi sədaları altında alətsiz kompozisiyaya görə alıb. 11 yaşlı gimnast şəxsi birincilikdə 6-cı yeri tutub. Maraqlıdır ki, bu yaş kateqoriyasında ilk beş yeri Rusiya gimnastları tutublar.

Beynəlxalq Gimnastika Federasiyasının təqvim turniri sayılan "Sea Cup 2012" yarışlarında ümumilikdə 12 ölkədən 170 idmançı iştirak edib.