İdman

gimnastikadan

başlayır

ESTONİYADAN 3 “GÜMÜŞ” VƏ 3 “BÜRÜNC”

25 fevral 2009

ESTONİYADAN 3 “GÜMÜŞ” VƏ 3 “BÜRÜNC”

May ayında Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına hazırlaşan yeniyetmə qrup komandamız Estoniyada beynəlxalq turnirdə 3-cü yeri tutmuşdur.

Al rəngli geyim və qaraçı musiqisi sədaları altında 5 lentlə Pribaltika tamaşaçılarının qarşısına çıxan qızlar birinci yarış günündən sonra üçüncü yeri tuturdular.

Medallara layiq bu yeri Səbinə Abbasova, Ayelita Xələfova, Kamilə Məmmədova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova və ehtiyat gimnast Nərgiz Əliyeva yarışların ikinci günündə də qoruyub saxlaya bildilər. Yekunda onlar 45.08 xal topladılar.

“Beləliklə, komandanın debüt çıxışı uğurlu alındı, - deyə kollektivin məşqçisi Mariana Vasileva sevinclə qeyd etmişdir. Mənim qızlarım, hərdən çox hiyləgər olan lentlərin ram edilməsinin mexanizmlərini yaxşı mənimsəyiblər, ancaq biz, məşqçilər üçün görüləsi işlər var. Yeri gəlmişkən, bunu həm də yarışda ilk iki yerin sahibləri – Rusiya və Belarusdan olan həmkarlarım da qeyd etmişlər. İndi bizim fikirlərimiz Budapeştlə bağlıdır, orada martın 6-8-i beynəlxalq turnir keçiriləcək. Mənim gimnastlarımın forması isə may ayında Avro-2009 zamanı zirvədə olacaqdır”, deyərək, sözlərini bitirmişdir.

Ancaq, medallara sevinən və flaqştokda üçrəngli bayrağımızı dalğalandıranlar təkcə yeniyetmə qrupun gimnastları deyildi. 13 yaşlı Bakı gimnastı Ayşə Mustafayeva Estoniyada 3 gümüş və 1 bürünc medal əldə etmişdir. İp, halqa və topla (19.63 xal) Ayşə ikinci olmuş, və ilk iki növdə eyni nəticəni göstərmişdir (20.25). O, gümüş poker də edə bilərdi, lakin gürzlərlə yarışda topla göstərdiyi eyni nəticəni göstərərək, yalnız bolqar idmançısı Stelyana Yankovaya 0.02 xalla uduzmuşdur.

Azərbaycan Estoniya xalçalarında daha bir bürünc medalla yadda qalmışdır. Bakıdan 12 yaşlı gimnast Yekaterina Prokopenko topla yarışlarda üçüncü olmuşdur – 19.5 xal. Halqa (18.05) və gürzlərlə (14.4) yarışlar ona 8-ci yeri gətirmişdir.