İdman

gimnastikadan

başlayır

BELÇİKA VƏ XORVATİYADAN 4 MEDAL VƏ ALMANİYA QRAN-PRİSİNDƏ 5 BEŞİNCİ YER

01 dekabr 2009

BELÇİKA VƏ XORVATİYADAN 4 MEDAL VƏ ALMANİYA QRAN-PRİSİNDƏ 5 BEŞİNCİ YER

Belçikanın Gent şəhərində Happy Cup-2009 beynəlxalq turnirində iştirak edən Azərbaycan gimnastlarının hesabında üç medal var.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, ölkəmizi Belçikada iki yeniyetmə gimnast, Ayşə Mustafayeva (1996) və Mənsurə Bağıyeva (1997) təmsil edirdilər. Mənsurə daha uğurlu çıxış edərək çoxnövçülükdə 65.025 xalla 2-ci yeri tutmuşdur. Gimnastların məşqçisi Nurlanə Əlizadəinin sözlərinə görə, Respublika Kompleks İdman Məktəbinin 12 yaşlı təmsilçisi bütün finallarda iştirak etmək hüququ qazanmış, və birində - halqa ilə - “bürünc” əldə etmişdir.

Daha bir bürünc medalçı iplə hərəkətlərdə Ayşə Mustafayeva olmuşdur. Digər finallarda o 5-ci nəticə göstərmiş, çoxnövçülükdə isə 6-cı mövqedə qərarlaşmışdır.

Bayram günlərində üçüncü yerlə Xorvatiyada ənənəvi beynəlxalq turnirdə çıxış edən Zeynəb Cavadlı da kifayətlənmişdir.

Komanda hesabında dünya üçüncüsü çoxnövçülük proqramında çıxış etmiş, və hakimlərdən dörd hərəkətin yekununda 93.475 xal alaraq 3-cü yeri tutmuşdur. Xorvatiyada qələbəni komanda hesabında dünya çempionu, rusiyalı Darya Dmitriyeva bayram etmişdir.

Zeynəbin komanda üzrə rəfiqələri Aliyə Qarayeva və Anna Qurbanova isə Berlində Qran-pri final yarışlarında iştirak etmişlər. Onların ən yaxşı nəticələri 5-ci yer olmuşdur.

İp. 5. Qarayeva – 26.866 xal; 6. Qurbanova – 26.733.

Halqa. 5. Qurbanova – 27.316; 7. Qarayeva – 27.158.

Top. 5. Qurbanova – 27.075; 8. Qarayeva – 26.083.

Lent. 5. Qarayeva – 27.574; 7. Qurbanova – 26.941.

Çoxnövçülük. 5. Qurbanova – 106.931; 7.Qarayeva – 106.565.

Qran-prinin mütləq qalibi dünya çempionu Yevgeniya Kanayeva (Rusiya) olmuşdur. O, həm çoxnövçülükdə, həm də dörd finalda qalib gəlmişdir.