İdman

gimnastikadan

başlayır

6 XALLIQ FƏRQLƏ 5 QIZIL MÜKAFAT

02 oktyabr 2008

6 XALLIQ FƏRQLƏ 5 QIZIL MÜKAFAT

Azərbaycan gimnastı Anna Qurbanova Lyublyanada keçirilən “Slovenian Challenge” adlı beynəlxalq turnirin qalibi olmuşdur.

Ondan sonra gələn Yaponiya gimnastını 6 xallıq fərq üstünlüyü ilə qabaqlayaraq, o, çoxnövçülükdə birinci yerə layiq görülmüş və qızıl medal qazanmışdır. İp, halqa, gürzlər və lentlə ayrı-ayrı çıxışlarda da onun tayı bərabəri olmamış və nəticədə daha 4 qızıl medal əldə etmişdir.

Yarışları təşkil edən klubun rəsmi saytı yarışlardan sonra Qurbanova haqda bunları qeyd etmişdir: “Ötən ilki Avropa və Dünya çempionatlarının komanda hesabında bürünc mükafatçısı, Azərbaycan idmançısı adlı-sanlı gimnast statusunu bir daha təsdiqlədi. Onun 5 medal qazanması heç kimdə şübhə doğurmamalıdır. Çoxnövçülükdə 6 xallıq fərq böyük ustalıqdan xəbər verir. Lentlə son çıxış isə - Xəzər dənizi sahillərindən olan gimnastın parlaq istedadı və inkişaf etməsindən xəbər verir. Yığma komandasının tərkibində bu cür gimnastı olan Azərbaycanın, 2009-cu ilin iri miqyaslı yarışları – may ayında Bakıda keçiriləcək Avropa çempionatı və sentyabrda Yaponiyada keçiriləcək dünya birinciliyində uğurlu çıxışlara ümid etməyə haqqı vardır.”

Yaxın gələcəkdə isə Anna Gurbanova keçirilməsi 11-12 oktyabr tarixlərində Berlində nəzərdə tutulan Qran-prinin final qabağı mərhələsində iştirak edəcək.

Artıq bu həftinin sonu isə Olimpiya Oyunları və Avropa çempionatından sonra bu ilin əhəmiyyətcə üçüncü sayılan digər bir gimnastika turniri – Dünya Kubokunun finalı keçiriləcək. Onun sayca 7-ci olan yarışı Benidorm şəhərciyində - İspaniya Valensiyasının mərkəzində keçiriləcək. Bu yarışda dünyanın ən güclü 7 gimnastı ilə bərabər Pekindəki Olimpiya Oyunlarının iştirakçısı Aliyə Qarayeva da mübarizə aparacaq. O, ilk çıxışını oktyabr ayının 4-ü iplə dördüncü nümayiş etdirəcək.