07 may 2012
Azərbaycan gimnastları Kiyevdə keçirilmiş beynəlxalq turnirdə uğurla iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, ölkənin gənc idmançıları 7 medal qazanıblar ki, onların 4-ü gümüşdür.
15 yaşlı Bahar Əsgərova çoxnövçülük üzrə ikinci yeri tutub, üstəlik iki finalda yarışıb. Burada gürzlərlə hərəkətlər üzrə 4-cü yeri tutub.
2001-ci il təvəllüdlü Zöhrə Ağamirova çoxnövçülük üzrə ikinci olub və topla hərəkətlərə görə bürünc mükafat qazanıb.
Çoxnövçülükdə üçüncü gümüş 8 yaşlı Arzu Cəlilovaya qismət olub, onun həmyaşıdı Zərniyar Əliyeva proqramın elə bu növü üzrə bürünc mükafata sahib olub və iplə hərəkətlərə görə ikinci yeri, Zərifə Bəşirova isə topla hərəkətlərə görə üçüncü yeri tutub.
Gimnastların məşqçisi Nurcahan Əsgərovanın sözlərinə görə, idmanın bu zərif növünün həqiqi qiymətləndiriciləri yarış zalını, demək olar, bütün həftəsonu ərzində tam doldurmuşdular. "Onu da sizə deməliyəm ki, xalçaya hər çıxış, gimnastların, xüsusilə bizim idmançıların tapşırıqları hər dəfə uğurla yerinə yetirilmələri sürəkli alqışlarla qarşılanırdı", o bildirib.
Azərbaycanlı gimnastların kompozisiyalarına görə alqış sədaları Avropanın başqa bir paytaxtında - Dünya Kubokunun keçirildiyi Sofiada da eşidilib. Ölkənin qrup komandası 5 topla hərəkətlər üzrə finalda bir gün əvvəl çoxnövçülükdə olduğu kimi, ən güclülərin səkkizliyinə düşüb.
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, "o qrupun finaldakı çıxışından razı qalıb". "Kollektivin 3 ay əvvəl yenidən formalaşmasına baxmayaraq, qızlar gözəl və emosional çıxış etdilər. Fərdi çıxış edən Lalə Yusifovaya gəldikdə, o, ikinci onluqda yeri tutaraq ötən mərhələdə olduğunan yuxarı qiymət alıb", məşqçi qeyd edib.
Bu həftənin sonunda Yusifova, eləcə də milli komandanın lideri Aliyə Qarayeva Fransada Dünya Kubokunun növbəti mərhələsində, Ayşə Mustafayeva və Səbinə Qaratova isə Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər.