İdman

gimnastikadan

başlayır

BİR QIZIL VƏ 2 BÜRÜNC

14 mart 2011

BİR QIZIL VƏ 2 BÜRÜNC

Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası Riqada keçirilən "Baltic Hoop" beynəlxalq turnirinin qalibi olub!

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyana Vasileva və Səbinə Qaratovadan ibarət kollektiv 5 iplə kompozisiyanı səhvsiz yerinə yetirib. Azərbaycan gimnastları bütün hərəkətlər üzrə müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Sankt-Peterburqdan olan kollektivi və Estoniya komandasını arxada qoyublar.

Həmin gün Azərbaycan bayrağı daha iki dəfə Zeynəb Cavadlının şərəfinə Riqa idman kompleksində yuxarı qaldırılıb. O, topla və gürzlərlə çıxışdan sonra fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Analoji vəziyyət çoxnövçülükdə də yarana bilərdi, lakin proqramın bu növündə Cavadlı 22 iştirakçı arasında dördüncü yerlə kifayətlənib.

"Bu, hələ hamısı deyil. Turnir başa çatandan dərhal sonra zalda iştirak edən rəssamların hamısı Zeynəbi "Miss gözəl" və "Miss Simpatiya" adına layiq görüblər. Məhz rəssamların, mən səhv etmədim! Nə qədər qəribə də olsa, bu incəsənət adamları gimnastların Qala-konsertdəki çıxışlarını qiymətləndiriblər", - öz sevincini gizlədə bilməyən Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

"Mənim təəssüratlarım?... Mən gimnastlarımızın çıxışından çox razıyam, onlar mükafatlara layiq görülmələri ilə yanaşı, müsbət təəssürat yaradıblar", - baş məşqçi qeyd edib.

Novruz Bayramı günlərində - martın 23-27-də İtaliyanın Pesaro şəhərində baş tutacaq növbəti yarışadək Dünya Kubokunun növbəti mərhələsi və Aliyə Qarayeva və Anna Qurbanovanın, böyüklərdən və yeniyetmələrdən ibarət qrup, eləcə də yeniyetmələr - 13 yaşlı Ləman Dadaşlı və Gülsüm Şəfizadənin çıxış edəcəyi beynəlxalq turnir keçiriləcək, - deyə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi bildirib.