İdman

gimnastikadan

başlayır

Gimnast Aliyə Qarayeva London Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq

23 sentyabr 2011

Gimnast Aliyə Qarayeva London Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq

Fransanın Monpelye şəhərində London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatı davam edir. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata əsasən, cümə axşamı gürzlər və lentlə keçirilən finalda azərbaycalı gimnast Aliyə Qarayeva da çıxış edib. Gimnast gürzlərlə 4-cü, lentlə hərəkətlərə görə isə 5-ci yeri tutub. Hər iki növ üzrə qızıl, gümüş və bürünc medalları müvafiq olaraq Yevgeniya Kanayeva, Darya Kondakova (Rusiya) və Silviya Mityeva (Bolqarıstan) qazanıblar. Bu gün dünya çempionatında çoxnövçülük üzrə final keçiriləcək. Yarışda 24 gimnast medallarla yanaşı, daha 15 Olimpiya lisenziyası qazanacaq. Londona vəsiqə uğrunda Aliyə Qarayeva da mübarizə aparacaq.