İdman

gimnastikadan

başlayır

BEYNƏLXALQ FEDERASİYANIN TEXNİKİ KOMİTƏSİNİN ÜZVÜ: AZƏRBAYCANIN İDMAN GİMNASTİKASININ GƏLƏCƏK ÜÇÜN YAXŞI EHTİYATI VAR

10 iyun 2013

BEYNƏLXALQ FEDERASİYANIN TEXNİKİ KOMİTƏSİNİN ÜZVÜ: AZƏRBAYCANIN İDMAN GİMNASTİKASININ GƏLƏCƏK ÜÇÜN YAXŞI EHTİYATI VAR

Beləliklə, tamblinq üzrə Azərbaycan çempionu Bakı Gimnastika məktəbinin yetirməsi ilk dəfə olaraq Aydın Əliyev olub. O, əvvəllər bu yarışda ikinci yeri tutan öz klub yoldaşı Mixail Malkinin kölgəsində olub. Əliyev bu dəfə hər iki final tapşırığını səhvsiz icra edərək qızıl medala sahib olub.

53 idmançının çıxış etdiyi akrobatika üzrə yarışlarda əvvəlki kimi qadınlardan ibarət Aynur Hüseynova və Nərmin Ramazanova, yeniyetmələrdən ibarət duet Lalə Hüseynova və Xoşqədəm Quliyeva və kişilərdən ibarət cütlük Elçin Əlibəyov və Emin Gülməmmədli uğur qazanıblar.

İdman gimnastikası üzrə yarışlarda isə qələbəni Şakir Şıxəliyev qazanıb. Düzdür, qalib olmaq üçün o xeyli çalışdı. Çünki ikinci tapşırığı (dəstəli at üzərində hərəkətlər) yerinə yetirdikdən sonra o, Uğur Xəlilbəyliyə yarım bal uduzurdu. Lakin xüsusilə onun halqalar və paralel qollarla olan tapşırıqları səhvsiz yerinə yetirməsi və təcrübəsi birinci pilləni onu qaytardı. Uğurun səhvlərindən, həmçinin Ruslan Namazov da istifadə edərək onu 1.5 bal qabaqladı.

Gimnastika üzrə turnirdə yalnız aparıcı idmançılar deyil, həm də Azərbaycan Gimnastika Federasiyasının dəvəti ilə Bakıya gələn beynəlxalq dərəcəli dörd hakim də iştirak edirdi. Onlardan biri həm də Beynəlxalq Federasiyanın Texniki Komitəsinin üzvü, latviyalı Arturs Mitskeviçs idi: "Bu mənim Azərbaycana ilk səfərimdir. Mən hətta SSRİ vaxtında Bakıda hakimlik etməmişəm və bura gəldiyimə görə şadam. Şəhər məndə böyük təəssürat yaratdı və eyni sözlər idman obyektlərinə və ümumi tikinti miqyasına da aiddir. Görünür ki, imkanlar genişdir. Həm bunu, həm də beynəlxalq gimnastika resurslarını nəzərə alaraq çox mühüm nəticələrə nail olmaq olar. Gələcəkdə yaxşı idmançı ola biləcək gənc gimnastlarınız mənim çox xoşuma gəldilər. Əsas komandanızda gedən proses də çox hiss olunur. Bu məndə böyük təəssüratlar yaratdı və mən əminəm ki, milli yaxın vaxtlarda beynəlxalq arenada özünü göstərəcək. Kişi idman gimnastikasında idmançılar həqiqi gücü iyirmi yaşdan sonra toplayırlar və onların yalnız bəziləri vaxtından əvvəl böyük idmançı olur.